SDU-da “Diqqətli ol” adlı intellektual bilik yarışı keçirildi
Martın 1-də SDU TGT-nin təşkilatçılığı və SDU THİK-in dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Diqqətli ol” adlı intellektual bilik yarışı keçirildi.
Əvvəlcə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SDU-da keçiriləcək tədbirlər haqqında məlumat verdi. Ölkəmizin COP29-a edəcəyi ev sahibliyindən, ölkəmizə olan böyük etimadın təzahüründən danışdı. Sonda komandalara uğurlar arzuladı.
Yarışda 8 komanda iştirak edirdi. 3 turdan ibarət olan yarışda komandalar birincilik uğrunda mübarizə apardılar. Komandalara verilən suallar “Yaşıl dünya naminə həmrəylik ili” və dünyagörüşlə bağlı sualları əhatə etdi.
Nəticələrə əsasən Tarix və coğrafiya fakültəsinin komandası birinci, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası ikinci, Riyaziyyat fakültəsinin komandası isə üçüncü yerin qalibi oldu. Qalib komandanın üzvlərinə fəxri fərmanlar təqdim edildi.
Mətbuat xidməti