Sumqayıt Dövlət Universitetində "Kitabi-Dədə Qorqud"un tərcüməsi və nəşrinin 200 illliyinə həsr olunmuş "Kitabi-Dədə Qorqud" və dünya eposçuluq ənənəsi" mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda respublikamızın bir çox ali təhsil müəssisələrinin alimləri ilə yanaşı, qardaş Türkiyənin də dəyərli alimləri iştirak edirdilər.
Konfransın plenar iclasını açan rektor, professor Elxan Hüseynov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan və əsrlərdir milli – mənəvi dəyərlərimizə çevrilən "Kitabi -Dədə Qorqud" abidəsinin əhəmiyyətindən söhbət açdı. Bildirdi ki, Ana abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanı tariximiz, mədəniyyətimiz, ictimai fikrimiz, soy kökümüz və epos yaradıcılığımız haqqında zəngin xəzinədir. Hər bir хаlqın tаriхində еlə hаdisələr, еlə dəyərlər оlur ki, üzərindən nə qədər zaman keçsə də, mənаsı, qiyməti аzаlmır, hər yеni nəsil оnа öz dövrünün rеаllıqlаrı bахımındаn yеnidən nəzər sаlır və dəyər vеrir. Mədəniyyət, mənəviyyаt tаriхimizdə belə dəyərlərdən biri, bəlkə də ilki "Kitаbi-Dədə Qоrqud" еpоsudur. Bu epos təkсə bədii təfəkkürümüzün möhtəşəm аbidəsi dеyil, həm də Аzərbаyсаn türklərinin mifik, tаriхi, соğrаfi, еtnоqrаfik, iсtimаi, əхlаqi görüşlərinin ən mötəbər qаynаğı, аnа dilimizin ən ulu kitаbı, xalqımızın mədəniyyət abidəsidir. İсtimаi düşünсəmizin, mədəni ənənələrimizin, milli хаrаktеrimizin kökləri məhz "Kitаbi-Dədə Qоrqud"а söykənir.
Rektor onu da vurğuladı ki, "Kitabi-Dədə Qorqud" dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyimiz kimi, Ulu öndərimiz Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanını xalqımızın varlığının mötəbər qaynağı adlandırmış, 1997-ci ildə bu dastanın 1300 illiyini keçirmək barədə fərman imzalamışdı. Məhz bu fərmandan sonra "Kitabi-Dədə Qorqud"dastanı bir çox dillərə tərcümə olunmuş, ilk dəfə olaraq dastanın Azərbaycanda 2 cildlik ensiklopediyası hazırlanmışdır. Beynəlxalq miqyasda bu yubileylə bağlı bir sıra tədbirlər keçirilmiş, "Kitabi-Dədə Qorqud"Azərbaycan və dünya alimləri tərəfindən yeni tədqiqatlara cəlb olunmuşdur. UNESCO-nun xətti ilə keçirilən bu tədbirdə Ulu öndər demişdi: "Biz Dədə Qorqud"u yubiley xatirinə keçirmirik. Biz Qorqudu əbədi olaraq öz yurduna, öz vətəninə, xalqının içinə qaytarmalıyıq". Ulu öndər 2000-ci ildə isə "Bakıda Dədə Qorqud" heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması" ilə bağlı Sərəncam imzaladı. Həmçinin dastanın Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırılması, eləcə də Dədə Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində mühüm addımlar atıldı. Ulu öndər çıxışlarında qeyd edirdi: "Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə neçə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir".
Rektor onu da qeyd etdi ki, Ulu öndər Heydər Əliyev tərəfindən "Kitabi-Dədə Qorqud"la bağlı müəyyənləşdirilmiş dövlət siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" 2015-ci il fevralın 20-də imzaladığı Sərəncam bunun bariz nümunəsidir. Bu sərəncam təkcə xalqımızın müdriklik rəmzi olan abidəyə deyil, bütövlükdə, milli-mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsi kimi mühüm əhəmiyyətli dövlət sənədidir. Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq universitetimizdə "Kitabi-Dədə Qorqud və dünya eposçuluq ənənəsi" materiallar toplusu dərc olunmuşdur. Bir çox türk dilli xalqların - Özbəkistanın, Başqırdıstanın, Türkiyənin və s. elm adamlarının məqalələri həmin topluda yer almışdır. İnanıram ki, bu toplu bakalavr və magistratura pillələrində təhsil alan tələbələr, doktorant və dissertantlar, eləcə də dil və ədəbiyyat fənlərini tədris edən müəllimlər üçün də faydalı olacaqdır. Belə konfransların keçirilməsi olduqca əhəmiyyətli olmaqla yanaşı zəngin tariximizi, qədim mədəniyyətimizi və milli –mənəvi dəyərlərimizi özümüzə qaytarır.
Konfransda SDU-nun Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, Əməkdar elm xadimi Məhərrəm Qasımlı "Dədə Qorqud Adam Olearinin "Səyahətnamə"si mövzusu ilə bağlı məruzəsində qeyd etdi ki, "Kitabi-Dədə Qorqud" dastanına münasibət 1970-ci illərə qədər birmənalı olmayıb. Keçmiş sovetlər birliyinə xas elmi və siyasi mühitdə bu dastanların təbliği və öyrənilməsinə qadağalar qoyulub. Dastan xalqdan gizlədilir, xalqın yaddaşından silinməsinə cəhdlər göstərilirdi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra "Kitabi-Dədə Qorqud" dastanının sistemli şəkildə tədqiqi və təbliği istiqamətində mühüm işlər görüldü. 1975-ci ildə Ümummilli liderin tapşırığına əsasən "Dədə Qorqud" bədii filmi çəkildi, 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illiyi haqqında" Fərman imzaladı, 1998-ci ildə UNESCO-da beynəlxalq simpoziumun təşkili eposun dünya miqyasında təbliği işinə böyük töhfə verdi.
Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əskər "Oğuz türklərinin şah əsəri" mövzusu ilə çıxış edərək bildirdi ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir.
SDU-nun Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Aslan Bayramov "Türk ellərində Dədə Qorqud müdriklik simvolu kimi" mövzusunda çıxış edərək bildirdi ki, Ölkə başçısı cənab İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi Sərəncamından irəli gələn tədbirlər planına uyğun olaraq bizim əməkdaşlarımızın hazırladıqları "Ana kitabımız Dədə Qorqud" məqalələr toplusu işıq üzü görmüşdür. "Kitabi-Dədə Qorqud" irsinin yaşadılması sahəsində görülən işlər bütövlükdə, milli mənəvi dəyərlərə, ədəbi-mədəni irsə ehtiramın ifadəsidir.
Sonra Türkiyənin Ahmet Yesevi Universitetinin gənc alimi Kamil Önal "Professor Əhməd Cəfəroğlunun Azərbaycan araşdırmaları" məruzəsində vurğuladı ki, "Kitabi-Dədə Qorqud" ümumbəşəri əsər olmaqla yanaşı, dəyərli mədəni irs kimi türk xalqlarının milli abidəsidir.
Sonda natiqlər konfransın yüksək səviyyədə təşkil olunmasına görə universitetin rektoru, professor Elxan Hüseynova dərin təşəkkürlərini bildirdilər.
Beynəlxalq Konfrans öz işini dekabrın 17-dək bölmə iclaslarında davam etdirəcək.
Mətbuat xidməti