SDU-da “Dünya qadınların gözü ilə” adlı seminar təşkil edilib
Martın 6-da Sumqayıt Dövlət Universitetinin Gənclər klubunun təşkilatçılığı ilə “Dünya qadınların gözü ilə” adlı seminar təşkil edildi.
Seminarı Gənclər klubunun sədri Məleykə Xankişiyeva açaraq 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində belə seminarın keçirilməsindən və mövzunun aktuallığından danışdı. Daha sonra Klubun koordinatoru Nigar Əliyeva qonaqları - Psixi Sağlamlıq Mərkəzinin əməkdaşı, İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu, Psixi Alqoritmlər nəzəriyyəsinin müəllifi, klinik psixoloq, psixoterapevt Rövşən Nəzərlini və İPA Akademiyasının direktoru Afərim Quliyevanı iştirakçılara təqdim etdi.
Rövşən Nəzərli “Dünya qadınların gözü ilə” mövzusunda çıxış edərək qadınların müasir cəmiyyətdə yeri və rolu, bu istiqamətdə aparılan işlər, mövcud problemlər, perspektivlər haqqında danışdı. Bildirdi ki, kişi-qadın bərabərliyi bütün dünyada aktual problemlərdən biridir. Bu istiqamətdə qadın və kişilərin sosial vəziyyətindəki fərqləri izah etdi.
Seminar ərzində toxunulan məqamlar iştirakçıların böyük marağına səbəb oldu və bir çox həssas məsələlərə aydınlıq gətirildi. Seminar diskussiya şəklində davam etdi.
Mətbuat xidməti