Dekabrın 17-də Xəzər Universitetində Erasmus+Proqramı ilə əlaqədar görüş keçirildi. Öncə Xəzər Universtetinin rektoru Dr. Hassan Niknafs bütün iştirakçıları salamladı və Xəzər Universitetinin müxtəlif beynəlxalq layihələrdə iştirak etdiyini vurğuladı.
Görüşdə Azərbaycanda Milli Erasmus+Ofisinin rəhbəri Pərviz Bağırov və Avropa Komissiyasının Təhsil, Audio vizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin(EACEA) nümayəndəsi Karolina Garbaliauskaite, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Universiteti, Qafqaz Universiteti və digər Azərbaycan universitetlərinin nümayəndələri də iştirak edirdilər.
Daha sonra Azərbaycanda Milli Erasmus+Ofisinin rəhbəri Pərviz Bağırov və Avropa Komissiyasının Təhsil, Audio vizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin nümayəndəsi Karolina Garbaliauskaite çıxış edərək Erasmus+proqramının idarə olunması haqqında geniş təqdimat etdi, yerli partnyorların suallarına cavab verdi. Sonra yerli universitetlərin layihə çərçivəsində qarşılaşdıqları çətinliklər haqqında da müzakirə apardılar.
Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetindən Qiyabi, əlavə və distant təhsil üzrə prorektor dosent Qafar Atayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Samirə Məmmədova iştirak edirdilər.
Mətbuat xidməti