Tələbələrimiz 1 aprel-Beynəlxalq Quşlar Günü ilə əlaqədar Beşbarmaq “darboğaz”ına ekskursiya ediblər
Beynəlxalq Quşlar Günü ilə əlaqədar 30 mart tarixində Təbiət elmləri fakültəsinin tələbələri Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın, dosent Rafiq Hüseynovun və ornitoloq Abdin Abbasovun rəhbərliyi ilə Siyəzən rayonunda Qafqaz dağları ilə Xəzər dənizi arasından keçən Beşbarmaq “darboğaz”ına ekskursiya ediblər.
Ekskursiyanın təşkilində məqsəd tələbələri Azərbaycanın zəngin ornitofaunası, Qırmızı kitaba daxil edilmiş nadir quş növləri ilə tanış etmək olmuşdur. Ekskursiya zamanı 31 növə daxil 300-ə yaxın quş müşahidə edilərək sayılmışdır.