Dekabrın 18-də Bakı Slavyan Universitetində “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda XIV beynəlxalq tələbə elmi – praktik konfransı keçirildi. Sumqayıt Dövlət Universitetinin “Azərbaycan dili və dilçilik” kafedrasının müəllimləri Günel Paşayeva və İlahə Musayevanın elmi rəhbərliyi ilə Filologiya fakültəsinin tələbələri Aysel Abulova, Qoşqar Əmrahov, Sona Həsənova, Günay Ağayeva, Fatma İsayeva və Nəsib Əlizadə konfransda iştirak etmişlər. konfransın plenar iclasında tələbəmiz Günay Ağayeva çıxışında bildirmişdir ki, bu ənənə artıq iki ildir davam edir . Belə ki, 2014-cü ildə bu konfransda yalniz iki tələbə iştirak edirdisə, bu il artıq bu say altı nəfərə çatmışdır. Tələbələrimiz müxtəlif bölmələr üzrə öz tezisləri ilə uğurla çıxış etmişlər. Günel Paşayevanın elmi rəhbərlik etdiyi 977 – ci qrup tələbəsi Fatma İsayeva “Azərbaycanda nitq mədəniyyəti və siyasi natiqliyin görkəmli siması – Heydər Əliyev” mövzusunda hazırladığı tezisinə görə diplomla təltif edilmiş və uğurlu çıxışlar üçün Sumqayıt Dövlət Universitetinə təşəkkür edilmişdir.
Konfransdan sonra Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən Aftandil Məmmədov tələbələrlə görüşmüş, onlara uğurlar arzulamışdır.
Mətbuat xidməti