Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Yerləşdirilmə tarixi : 04 Aprel 2024 16:15
Elmi Şuranın növbəti iclası keçirildi
Aprelin 4-də Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi. Universitetin rektoru, Elmi Şuranın sədri dosent Rüfət Əzizov iclası giriş sözü ilə açaraq, şura üzvlərini, professor-müəllim heyətini salamladı və gündəlikdəki məsələlərlə tanış etdi və gündəlik təsdiq olundu.
Sumqayıt Dövlət Universitetinin strukturunda aparılan dəyişikliklər barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov çıxış etdi.
SDU-nun İnstutisional akkreditasiyasına dair özünütəhlilin aparılması üçün Təşkilat komissiyasının yaradılması, QS - Dünya universitetləri reytinqi ilə bağlı Fəaliyyət Planının müzakirəsi və təsdiqi, Sumqayıt Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzinin yaradılması barədə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslı ətraflı çıxış etdi. SDU-nun İnstutisional akkreditasiyasına dair özünütəhlilin aparılması üçün Təşkilat komissiyasının  tərkibinin təsdiqi barədə məlumat verildi. Qısa müddətdə alt işçi qrupların yaradılması və özünütəhlilin aparılması işlərinə başlanılması Komissiya üzvlərinə həvalə olundu. SDU-nun İnstutisional akkreditasiyası üzrə özünütəhlilin nəticələri haqqında hesabatın hazırlanmasının təmin edilməsi Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova və Elm və innovasiyalar üzrə prorektor dosent Elşad Abdullayevə tapşırıldı.
SDU-nun QS-Dünya universitetlərinin reytinq cədvəlində qərarlaşması üçün universitetin professor-müəllim heyətinin mütəmadi olaraq beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (Web of Science, SCOPUS və Springer) daxil olan jurnallarda məqalə dərc etdirmələrinin daim diqqət mərkəzində saxlanılması struktur rəhbərlərinə tapşırıldı. Fəaliyyət Planının elektron versiyasının bütün strukturlara çatdırılmasının təmin edilməsi dosent Könül Abaslıya həvalə olundu.
İclasda SDU-da Dayanıqlı İnkişaf Mərkəzinin Əsasnaməsinin hazırlanması, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair təhillərin aparılması və növbəti Elmi Şuraya təkliflərin hazırlanmasının təmin edilməsi Beynəlxalq əlaqələr üzrə prorektor dosent Könül Abaslıya tapşırıldı.
Təhsilalanlarla keçirilmiş sorğunun nəticələri barədə Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova çıxış edərək qeyd etdi ki, təhsilalanlarla keçirilmiş sorğuda irəli sürülən suallar müasir və beynəlxalq tələblərə uyğun, innovativ xarakterli olmuşdur. Keçirilən sorğuda təhsilalanlar tərəfindən irəli sürülən irad, rəy və təkliflərin baxılması və həll olunması istiqamətində müvafiq tədbirlərin görülməsi uyğun struktur rəhbərlərinə tapşırıldı. Keçirilən sorğunun nəticələrinə əsasən hazırlanmış tövsiyələrin fakültə dekanlarına təqdim olunması Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərovaya həvalə olundu.
“Code Academy”-də və “Əsaslı dizayn metodu ilə sahibkarlıq və yeni biznesin inkişafı” proqramı üzrə tədris olunan bəzi fənlərin əvəz olunması barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov məlumat verdi.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi və bildirdi ki, Elmi Şuraya 9 adda tədris-metodik iş daxil olmuşdur. Onlardan 1-i monoqrafiya, 3-ü dərs vəsaiti, 5-i fənn proqramıdır.
Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına qərar verildi. Sonra elmi adların verilməsi ilə əlaqədar Pedaqogika və psixologiya kafedrasının dosentləri – Şahnaz Quliyevaya, Ayna Hacıyevaya, Şəlalə Adıgözəlovaya, Mexanika və nəqliyyat texnologiyaları kafedrasının dosenti Şamama Məmmədovaya, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının dosenti Xəyalə Muğamata elmi-pedaqoji fəaliyyətə görə dosent elmi adı verilməsinə dair AAK qarşısında vəsatət qaldırılması məsələsi müzakirə olundu.
Aparılan müzakirələrdən sonra gizli səsvermənin nəticəsinə əsasən onlara dosent elmi adı verilməsi üçün AAK qarşısında vəsatət qaldırılması qərara alındı. Bununla da, Elmi Şuranın iclası başa çatdı.
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az