Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində növbəti modullar keçirildi. 5 aprel tarixində “StartupDeal” şirkətinin həmtəsisçisi Haydar Külekçi “Bazar araşdırması və bazara giriş” mövzusunda çıxış edərək, müştəri davranışını anlamaq, bazarı müəyyənləşdirmək, bazar tendensiyaları və imkanları, rəqabət və satış strategiyaları haqqında nəzəri və praktiki məlumat vermişdir. 6 aprel tarixində Proqram mütəxəssisi və Bilik İdarəetmə Eksperti Şerif Esin “Kodsuz alətlər və istifadəçi interfeysinin əsaslarına giriş” mövzusunda “Minimum Həyatqabiliyyətli Məhsul”, kodsuz giriş səhifəsi yaratmaq və səhifəyə məzmun dizaynı verməkdə tələbələrlə praktiki bacarıqlar üzərində çalışdı.
Mətbuat xidməti