Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İntellektual bilik yarışı
Yerləşdirilmə tarixi : 19 Dekabr 2015 13:06
İntellektual bilik yarışı

Tələbə Gənclər Təşkilatı Elm və Təhsil Departamentinin təşkilatçılığı ilə  dekabrın 19-da Tarix və coğrafiya fakültəsində intellektual bilik yarışı keçirildi. 
Tədbirdə dekan müavini Osman Hacıyev çıxışında gənclərimizin yüksək intellektə və biliyə sahib olduqlarını diqqətə çatdırdı. Qeyd etdi ki, bilik yarışlarının təşkil olunması artıq ənənə halı almışdır. Bizim fəal və savadlı tələbələrimiz respublikamızda keçiriləcək bilik yarışlarında universitetimizi layiqincə təmsil edir uğurlar qazanırlar.
Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri İbrahim Zeynallı ölkədə aparılan gənclər siyasətinin hədəflərini, gənclər təşkilatlarının və gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığından bəhs etdi. 
Sonra yarışa start verildi. Final görüşündə beş ən güclü intellektə sahib olan komanda arasında gedən mübarizədə  882-ci qrupun tələbələri qalib gəldilər. Qalib komanda diplom və hədiyyələrlə mükafatlandırıldı. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az