Aprelin 16-da Baş Prokurorluğun təşkilatçılığı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıtda keçirilən “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfransda SDU-nun rektoru Rüfət Əzizov, professor-müəllim və tələbə heyəti də iştirak ediblər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, Heydər Əliyev adına parkda ağaclar əkilib. Daha sonra tədbir şəhərin Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Tədbirdə Baş Prokurorluğun idarə rəisi Vüqar Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhər prokuroru Mürvət Həsənov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Ombudsman Aparatının sektor müdiri Müqalib Mahmudov, Sumqayıt Dövlət Universitetinin əməkdaşı, aqrar elmlər üzrə fəlsəfə doktoru Tünzalə Babayeva və digərləri çıxış ediblər. Tədbirin sonunda konfrans iştirakçıları arasında “Yaşıl dünya naminə” mövzusunda müzakirələr aparılıb.
Mətbuat xidməti