Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kurikulum təliminə yekun vuruldu
Yerləşdirilmə tarixi : 05 Dekabr 2015 13:14
Kurikulum təliminə yekun vuruldu

Dekabrın 5-də Kurikulum təliminə yekun vuruldu. Təlim iştirakçıları öz təssüratlarını bizimlə bölüşdülər.
Avropa və Amerika ölkələrinin  yeni  və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov bildirdi ki, Kurikulum- təlim prosesi  ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan təhsil sənədidir. Mənə elə gəlir ki, kurikulumun  öyrənilməsinə qəbul olunmuş dövlət sənədlərinin aydınlaşdırılması ilə başlamaq lazımdır. Bu sənədlər ”Təhsil haqqında”Azərbaycan Respublikasının qanunu”(19 iyun 2009-cu il)”Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası”(13 yanvar 2009-cu il) və “Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları kurikulum”larıdır (3 iyun 2010). Kursun ilk dərs günündən bu sənədlər bizim üçün əsas informasiya qaynağı oldu. Professor Şirxan Səlimov fikirlərini davam etdirən Azərbaycan dili və ədəbiyyatın tədirsin metodikası kafedrasının müdiri, dosent Yusuf Aslanov qeyd etdi ki, univesitetimizdə təşkil olunan kurikulum kursu ilk gündın dinləyicilərin diqqətini cəlb etdi. Müasir kurikulumla ənənəvi təhsil proqramı arasındakı fərq bizim üçün aydın oldu. Çünki kurikulum bizdən sabahın qurucusunun, hər tərəfli inkişaf etmiş şəxsiyyətin formalamasını tələb edir. Yəni, kurikulum təlim prosesi ilə bağlı bütün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, tədris plan və proqramlarını, dərsin konkret inkişaf etdirici məqsədlərini özündə əks etdirməklə yanaşı, öyrədən və öyrənən, həmçinin təhsil pilləsi qarşısında duran vəzifələri və onların həlli yollarını əks etdirir. Odur ki, biz müəllimlər qarşısında çox məsuliyyətli vəzifələr durur, kurikulumun əsas mövzusunu və məqsədini sabahın müəllimləri olan tələbələrimizə çatdırmalıyıq.  
Kursun müdavimləri dosentlər Mətləb Ağayarov, Mehman Sadıqov, Fəxrəddin Əliyev, asistent Oktay Əliraslanov kurs haqqında fikirlərini bölüşərək bildirdilər ki, univesitetdə görülən müsbət işlər sırasında pedaqoji kadr hazırlayan kafedraların pedaqogika müəllimləri üçün təşkil edilmiş bu kurs da yerində  və vaxtında hesab olunandır. Yeni təlim sisteminin öyrənilməsi təhsilin bu gün üçün ən vacib tələbidir desək yanılmarıq. Kurs yaxşı təşkil olunmuşdu. Belə ki, tədris vaxtı və auditoriya düzgün seçilmiş, lazımi texniki avadanlıqla təmin olunmuşdu. Tədris müddətində  biz kursun müdavimləri kurikulumun əsas məzmununu, prinsiplərini, strukturunu yetərincə öyrəndik. Bu kursun təşkili ona görə yerinə düşdü ki, biz artıq öz dərslərimizi kurikulumun tələbləri əsasında quracağıq. Yuxarı kurs tələbələri isə pedaqoli təcrübə vaxtı bundan yetərincə bəhrələnəcəklər.
Kursum müəllimi-təlimçi Şeyda Quliyevanın xüsusu hazırlığı, çox böyük həvəslə, maraqla və əsil müəllim qayğısı ilə dərsləri tədris etməsi yaddaqalan xatirələrdən oldu. Odur ki, universitetin rəhbərliyinə, kursu təşkil edənlərə öz dərin təşəkkürümüzü bildiririk.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az