Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Müasir ali təhsilin fəlsəfəsi – praqmatik modelləri” mövzusunda təlim keçirildi
Yerləşdirilmə tarixi : 18 Aprel 2024 15:48
SDU-da “Müasir ali təhsilin fəlsəfəsi – praqmatik modelləri” mövzusunda təlim keçirildi
Aprelin 18-də Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gənc pedaqoqlara müasir dünyada mütərəqqi ali təhsilin mahiyyətini, fəlsəfəsini və praqmatik metodlarını aşılamaq məqsədilə “Müasir ali təhsilin fəlsəfəsi – praqmatik modelləri” mövzusunda təlim keçirildi. Təlimi giriş sözü ilə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq qonağı və iştirakçıları salamladı, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun zəngin elmi, fəlsəfi baxışlarından danışdı, təlimin iştirakçılar üçün faydalı olacağına əminliyini bildirdi. Sonra fəlsəfə doktoru Mail Yaqub çıxış edərək fəlsəfənin mahiyyəti, əhəmiyyəti, elm kimi aktuallığı, müasir fəlsəfədə təhsilə fəlsəfi baxış və s. məsələlərə toxundu. Qeyd etdi ki, fəlsəfə təhsilinin tədrisini kamilləşdirmək, onu geniş yaymaq yolu ilə müasir cəmiyyəti milli özünüdərk və özünütəsdiqə istiqamətləndirmək məqsədilə xüsusi əhəmiyyət kəsb edir. Təhsilin fəlsəfəsi, hər şeydən əvvəl, onun məqsədində ifadə edilir. Məqsəd problemə yanaşma tərzi formalaşdırır, mahiyyəti üzə çıxarır, məqsədə görə istiqamətlər dəqiqləşdirilir və həyata keçirilir. Alim həmçinin fəlsəfi düşüncənin səciyyəvi xüsusiyyətlərindən, fəlsəfi baxışın mahiyyətindən, müasir dövr fəlsəfənin problemlərindən bəhs etdi.
Sonda mövzu ətrafında iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az