Əmanətlərin Sığortalanması Fondunun SDU-da keçirdiyi təlimlər yekunlaşıb
Aprelin 26-da Sumqayıt Dövlət Universitetində Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Əmanətlərin Sığortalanması Sisteminin Maliyyə Sabitliyində rolu” mövzusunda təlimlər öz işini başa çatdırdı.
Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi Şəlalə Məmmədova, assistent Səmirə Seyidovanın moderatorluğu ilə keçən təlimdə Fondun nünayəndələri: Hüquq Departamentinin hüquqşünası Misirə Xəlilzadə və Mətbuat katibi Emil Bayramov əmanətlərin əhəmiyyəti, əmanət yerləşdirilməsi zamanı nələrə diqqət edilməli və risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən onların təsirinin minimuma endirilməsi yolları mövzularında çıxış etdilər və iştirakçıların mövzu ətrafında suallarını cavablandırdılar.