Orta Şərq Texniki Universitetinin professorları SDU-da
26 aprel tarixində Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində növbəti modul baş tutdu. Orta Şərq Texniki Universitetinin Sənaye Dizaynı Departamentinin sədri prof. Gülay Həsdoğan və sədr müavini prof. Bahar Şener-Pedgiley "Dizayna Giriş: İstifadəçi ssenariləri və istifadəçi interfeysinin əsasları" mövzusunda dərs keçdilər. Tələbələr müştəri profilinin yaradılması mövzusunda nəzəri bilikləri öyrənərib, praktiki olaraq tətbiq etmək imkanı qazandılar.
Mətbuat xidməti