SDU-da müəllim və əlaçı şagirdlərlə görüş keçirildi
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində SDU-nun və "İZƏ" nəşriyyatının birgə təşkilatçılığı ilə müəllim və əlaçı şagirdlərlə görüş keçirildi.
Görüşdə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov, universitetin Karyera və Məzunlarla iş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, "İZƏ" nəşriyyatının direktoru Orxan Bəyov iştirak etdilər.
Prorektor dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı, universitet haqqında ətraflı məlumat verərək görüşün əhəmiyyətindən və təhsilin mahiyyətindən danışdı. Bildirdi ki, təhsil bizim gələcəyimizdir. İbtidai sinif təhsilin vacib pilləsidir. Çünki bu mərhələdə qazanılan biliklər gələcək uğurlara böyük təsir göstərir. Prorektor çıxışının sonunda şagirdlərə yaxşı oxumaqla yanaşı, layiqli vətəndaş olmağı tövsiyə etdi.
Sonra SDU-nun və "İZƏ" nəşriyyat evinin videoçarxı nümayiş olundu.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektoruna müdiri İman Ağayev çıxış edərək ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlardan və Sumqayıt məktəblilərinin uğurlarından danışdı.
"İZƏ" nəşriyyatının direktoru Orxan Bəyov “Ölkəmizdə təhsillə bağlı dəyişikliklərə ibtidai siniflərdən başlayaq” şüarı ilə çıxış edərək bildirdi ki, son illər təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir çox məqsədyönlü işlər aparılmış, müasir standartlara cavab verən təhsil infrastrukturları yaradılmışdır. Yeni yanaşmalar təhsildə innovativ fəaliyyətə öz təsirini göstərir. Elə görüşün də məqsədi tədris ili müddətində yüksək nəticələr əldə etmiş ibtidai sinif şagirdlərinin təltif olunması və onlar üçün müəyyən müsiqili proqram təşkil etməkdir.

Görüşün sonunda əlaçı şagirdlər mükafatlandırıldı. Şagirdlər üçün müxtəlif əyləncəli proqramlar təşkil edildi.
Mətbuat xidməti