Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da maliyyə özünəyetərliliyi haqqında ustad mühazirəsi
Yerləşdirilmə tarixi : 30 Aprel 2024 17:43
SDU-da maliyyə özünəyetərliliyi haqqında ustad mühazirəsi
Aprelin 30-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN) İqtisadiyyat İnstitutunun Baş direktoru, professor Nazim İmanovun Sumqayıt Dövlət Universitetində (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin akademik heyəti üçün “Azərbaycan bölgələrinin maliyyə özünəyetərliliyi” mövzusunda mühazirəsi keçirildi.
Ayrı-ayrı bölgələr üzrə maliyyə özünəyetərliliyinin müəyyənləşdirilməsinin strateji əhəmiyyətindən danışan Nazim İmanov bu məqsədlə yaradılan Tədqiqat qrupunun Nazirlər Kabinetinin qərarı ilə ETN İqtisadiyyat İnstitutu nəzdində yaradıldığını qeyd etdi. 
Nazim İmanov ölkənin inzibati və iqtisadi rayonlarının maliyyə özünəyetərliliyi səviyyəsini qiymətləndirmək və buna əsaslanaraq onun reytinqinin müəyyənləşməsinin 3 fərqli metodologiyanın tətbiqi ilə mümkün olduğunu bildirdi. Bunlarla bərabər, Baş direktor büdcə xərclərinin dotasiya nisbətində indeksləşdirilməsi, birinci metodologiya ilə nəticəyə bələdiyyə özünəyerərliliyinin əlavə olunması, faktiki xərclərin faktiki gəlirlərə nisbəti əsasında araşdırılmasının səmərəliliyini vurğuladı. 
Özünümaliyyələşdirmə səviyyəsinə görə rayon və şəhərlərin 3 qrupa bölündüyünü qeyd edən mühazirəçi bu yöndəki araşdırmalarda nümunə göstəriləsi qabaqcıl dünya təcrübələrindən söz açdı. 
Daha sonra mühazirəçi və Tədqiqat qrupunun üzvləri mühazirə iştirakçılarının mövzu ətrafındakı suallarını cavablandırdılar.
 
 Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az