SDU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Elektroenergetika üzrə “Tədris muzeyi” və “Tədris poliqonu”nun açılışı olub
Mayın 10-da Sumqayıt Dövlət Universitetində müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə universitet rəhbərliyinin və struktur təmsilçilərinin, həmçinin “Azərenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə açıq səma altında yaradılmış Elektroenergetika üzrə “Tədris muzeyi” və “Tədris poliqonu”nun açılışı oldu.
Tədbir iştirakçıları ilk olaraq Ümummilli Liderin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri qoydular.
Açılışda “Azərenerji” ASC-nin dəstəyi ilə yaradılmış “Tədris muzeyi” və “Tədris poliqonu”nun təqdimatını rektorun müşaviri professor Tamella Əhmədova etdi.
O qeyd etdi ki, yaradılmış “Tədris muzeyi” və “Tədris poliqonu” tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsində və istehsalat təcrübələrinə yiyələnmək bacarıqlarının qazanılmasında əyani vəsait kimi əvəzsizdir.
Tədris vəsaitlərinin gələcək energetiklər üçün əhəmiyyətindən danışan müşavir poliqondakı qurğuların göz yaddaşı nöqteyi-nəzərindən tələbələr üçün cəlbedici olacağını vurğuladı.
“Azərenerji” ASC-nin “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndan Əhmədov təmsil etdiyi qurumun Sumqayıtdakı yeganə ali təhsil müəssisəsinin kadr hazırlığı işində azacıq da olsa rolundan məmnun olduğunu bildirdi, Poliqondakı qurğu və avadanlıqlara texniki qulluğu rəhbərlik etdiyi müəssisənin öz öhdəsinə götürdüyünü vurğuladı.
Daha sonra tədbir SDU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı elmi-praktiki konfransla davam etdirildi.
Konfransda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
SDU-nun rektoru dosent Rüfət Əzizov universitetdə “Tədris poliqonu”nun fəaliyyətə başlamasının rəmzi mənası barədə danışdı. Poliqonun SDU-da müvafiq ixtisaslar üzrə kadr hazırlığı prosesində dayanıqlı inkişaf üçün əhəmiyyətli rol oynayacağını qeyd edərək, təhsilin məzmununda öz sözünü deyəcəyinə əminliyini bildirdi.
Heydər Əliyevin Azərbaycana birinci və ikinci dönəmdəki rəhbərliyi müddətində xidmətləri barədə danışan Rüfət Əzizov bu il imzalanmasının 30 ili tamam olacaq “Əsrin müqaviləsi”nin ölkəmizin ancaq iqtisadiyyatında deyil, bütün sosial sahələrdə oynadığı roldan danışdı. Dünyanın aparıcı şirkətlərinin iştirak etdiyi həmin müqavilənin Azərbaycanın təhsil sahəsinə xidmətlərinə təsirindən söz açan rektor bunun “Xaricdə təhsil” proqramını yeni məzmunda canlandırdığını vurğuladı. Müstəqillik dövründə təhsillə bağlı qanunvericilik bazasının yaranmasını Prezident Heydər Əliyevin bu sahəyə qayğısı ilə əsaslandıran rektor bunun ümumtəhsil və ali məktəblərin dayanıqlı inkişafında, insan resurs layihələrinin həyata keçirilməsində həlledici olduğunu bildirdi. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, beynəlxalq qlobal problemlərin həllində əsası Ümummilli Lider tərəfindən qoyulan siyasətin rolu qeyd edildi. Bərpaolunan yaşıl enerji probleminə həsr edilən “COP29” kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycan Respublikasının və Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin nüfuzunun etirafı olmaqla müəllifi Ümummilli Liderimiz olan strategiyanın təntənəsi olduğu vurğulandı.
Sonra Ulu Öndərin fəaliyyət istiqamətlərindən bəhs edən videoçarx nümayiş etdirildi.
“Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva Heydər Əliyevin ölkə iqtisadiyyatının, o cümlədən enerji sektorunun inkişafında göstərdiyi xidmətlər barədə danışdı.
“Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkə”sinin direktoru Xəndan Əhmədov əsası Ümummilli Lider tərəfindən qoyulan ətraf mühitin qorunması gözlənilməklə inkişaf etdirilən Azərbaycan energetikasının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini qeyd etdi. Təmsil etdiyi müəssisənin tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə töhfə verəcək Poliqonun Ulu Öndərin doğum günündə baş verməsinin böyük rəmzi mənasından söz açdı.
Konfrans professor Adil Baxşəliyevin “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda məruzəsi ilə yekunlaşdı.

Məıtbuat xidməti