"Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində dərslər davam edir
Mayın 10-u Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı çərçivəsində Orta Şərq Texniki Universitetinin Sənaye Dizaynı Departamentinin sədri, professor Gülay Həsdoğan və departamentin sədr müavini dosent Fatma Korkut “İstifadəçi interfeysi (UI) işçilərin dizaynı: tərtibatlar və rəng qrafikləri” mövzusunda dərs keçdilər. Tələbələr istifadəçi interfeysinin dizaynının qurulması formalarını öyrəndilər və praktikada tətbiq etdilər.
Mətbuat xidməti