Mayın 29-da Sumqayıt Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş tələbələr arasında qılıncoynatma üzrə yarış keçirildi.
Öncə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı, belə yarışların keçirilməsini tələbələr arasında idmanın kütləviliyinin təmin və təbliğ edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq mübarizə aparan iştirakçılara uğurlar arzuladı.
Sonra İdman klubunun müdiri dosent Zakir Məmmədov SDU-da keçirilən idman yarışlarından bəhs edərək bildirdi ki, SDU-da idmanın kütləviliyinin artırılması istiqamətində uğurlu addımlar atılır. Burada qılıncoynatma da daxil olmaqla şahmat, futbol, badminton, stolüstü tennis, atıcılıq və s. idman bölmələri fəaliyyət göstərir.
Çıxışlardan sonra yarışlara start verildi.
Tələbələr arasında “Sablya” növü üzrə keçirilən turnirdə 953 saylı qrup tələbəsi Xədicə Ağayeva I, 952 saylı qrup tələbəsi Gülnar Bədəlova II, 953 saylı qrup tələbəsi Qumru Məmmədova və 966 saylı qrup tələbəsi Nəzrin Namazəliyeva III yerə layiq görüldülər. Fərqlənən tələbələrə isə Sertifikat təqdim edildi.