Azərbaycanın təhsil sistemində uğurlu islahatlar - Dövlət Təhsil Strategiyası həyata keçirilir. Belə ki, yeni Təhsil qanunu və Milli Fəaliyyət Planı əsasında bərpa edilən təhsil sistemi, ölkə rəhbərinin onlarla fərmanları və göstərişləri təhsilimizin sabahını təşkil etmək, bu sistemdə əsaslı dönüş yaratmaq, Azərbaycanın milli təhsilini onun qüdrətinə və tərəqqisinə xidmət edən unikal sahəyə çevirmək məqsədi daşıyır.Yeni kurikulumların yaradılması, Balonya sisteminin tətbiqi Azərbaycan təhsilinin gələcəyinə nikbin baxmağa əsas verir. Respublikamız Bolonya prosesinə 19 may 2005-ci ildə qoşulmuşdur. Hazırda bir çox ali məktəblərdə Bolonya sisteminin tam tətbiqi, tədrisin kredit sisteminə uyğun qurulması, müəllim-tələbə mobilliyi, elektron təhsil şəbəkəsinin yaradılması istiqamətində mühüm uğurlu addımlar atılır. Sürətlə modernləşən Azərbaycan Respublikası təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab olaraq universitetimizdə bir çox layihələr həyata keçirilmiş, proqramlar hazırlanmışdır.
Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəsissələri Avropa İttifaqının müxtəlif beynəlxalq proqramları çərçivəsində Avropanın ali təhsil müəsissələri ilə birgə bakalavriat, magistratura və doktorantura səviyyələrində ikili dərəcələrin (diplomların) verilməsi məqsədilə əməkdaşlıq edirlər. Tələbələr təhsillərinin bir hissəsini öz ali təhsil müəsissələrində, digər hissəsini isə xarici ali təhsil müəssisələrində davam etdirərək kredit qazanır və nəticə etibarı ilə təhsillərini başa vurduqdan sonra hər iki ali təhsil müəsissəsinin diplomunu almış olurlar.
Bu tipli birgə proqramlar hazırlanarkən hər iki ali təhsil müəsissəsi arasında ikili dərəcələrin verilməsi haqqında razılaşma imzalanmalı və əməkdaşlıq edən ali təhsil müəsissələrinin müəyyən ixtisas üzrə təhsil proqramları uyğunlaşdırılmalıdır.
Onu da qeyd edək ki, Beynəlxalq layihələrin gerçəkləşməsində Sumqayıt Dövlət Universiteti uğurlu nəticələr əldə etmişdir. Belə ki, beynəlxalq TEMPUS layihəsi çərçivəsində Qraz TU, KölnTU və Varşava Politexnik Universiteti ilə çoxtərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Azərbaycan təhsilinin Avropaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəsissələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mobilliyinə və ikili diplomların Qərbdə tanınmasına zəmanət verəcəkdir. Sumqayıt Dövlət Universiteti tərəfdaş ali məktəblərdən olan tələbələrə ikili diplomların verilməsi üçün təhsil sənədlərini avropa standartlarına uyğunlaşdırır.
Mətbuat xidməti