Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan tarixi üzrə Fənn olimpiadası keçirildi
Yerləşdirilmə tarixi : 01 İyun 2024 15:05
SDU-da Azərbaycan tarixi üzrə Fənn olimpiadası keçirildi

İyunun 1-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sumqayıt şəhərinin 75 illik yubileyinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı şəhər ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri arasında Azərbaycan tarixi üzrə Fənn olimpiadası keçirildi.
Öncə Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov çıxış edərək iştirakçıları salamladı və məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan olimpiadanın əhəmiyyətindən danışdı. Bildirdi ki, SDU-da ənənəvi olaraq fənn olimpiadalarının təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması ilə yanaşı, həmçinin orta ümumtəhsil məktəbləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Şagirdlərə uğurlar arzulayan professor onu da vurğuladı ki, hər bir gənc öz tarixini dərindən bilməli və öyrənməlidir.
Qeyd edək ki, Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 39 məktəbdən 360 nəfər şagird iştirak etdi. İki variantda şagirdlərə təqdim edilmiş suallar “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının əməkdaşları tərəfindən tərtib edimişdir. 50 açıq tipli test tapşırıqlarını yazmaq üçün şagirdlərə 90 dəqiqə vaxt ayrıldı.
Olimpiadanın nəticələri gələn həftə açıqlanacaq. Hər sinif üzrə yer tutan qaliblər Fəxri fərmanla təltif olunacaqlar. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az