Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri “3 İyun-Dünya Velosiped Günü” münasibətilə Veloyürüşdə iştirak ediblər
Yerləşdirilmə tarixi : 03 İyun 2024 18:30
SDU tələbələri “3 İyun-Dünya Velosiped Günü” münasibətilə Veloyürüşdə iştirak ediblər

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Dünya Velosiped Günü münasibəti ilə 3 iyun 2024-cü il tarixində Sumqayıt şəhəri və Abşeron rayonunda idman ictimaiyyəti nümayəndələrinin və həvəskar velosipedçilərin iştirakı ilə veloyürüş keçirilib. Sumqayıt Dövlət Universitetinin tələbələrinin də qatıldığı yürüşdə 200-dən artıq həvəskar idmançı iştirak edib.
Sumqayıt şəhərində Heydər Əliyev Mərkəzinin qarşısından start verilən veloyürüşə (7.7 km məsafə) Sumqayıt bulvarında, Abşeron rayonunda “Fatmayı İdman Klubu”nun qarşısından start verilən veloyürüşə isə (3.4 km məsafə) Fatmayı kəndində yekun vurulub.
Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində məqsəd velosiped idman növünün əhali arasında tanıdılması, sağlam həyat tərzinin təbliği və bu nəqliyyat vasitəsindən istifadə etməklə ətraf mühitin qorunmasıdır.

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az