Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Yerləşdirilmə tarixi : 13 İyun 2024 16:54
SDU-nun əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

 

Volksvagen Fondu tərəfindən maliyyələşdirilən “Avropa ilə Şərq arasında - Mərkəzi Asiya və Qafqazda ali təhsil və tədqiqat” təşəbbüsünün 25 illiyi ilə bağlı yekun simpozium keçirilib. 10-12 iyun 2024-cü il tarixlərində Almaniyanın Hannover şəhərinin Herrenhauzen sarayında təşkil olunan tədbirin məqsədi Volksvagen Fondunun dəstəyi ilə region ölkələrində həyata keçirilən layihələrin nəticələrinin və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi, həmçinin qabaqcıl təcrübələri bölüşmək idi. Simpoziumda Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dekanı dosent Rəşad Səlimov “Azərbaycanda çiçəkli bitkilərin mühafizəsinə kömək edən DNT əsaslı sübutlar” mövzusunda məruzə ilə çıxış edib, həmçinin özünün apardığı “Scutellaria” cinsinin molekulyar filogenetikası, cinsdaxili təsnifatı və biocoğrafiyasına dair əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edək ki, Volksvagen Fondunun dəstəyi ilə Almaniya Azad Universiteti Berlin Botanika Bağı və Botanika Muzeyi (BGBM, Freie Universität, Almaniya) ilə Azərbaycanın gənc mütəxəssislərinin müştərək həyata keçirdikləri layihələr çərçivəsində xüsusilə molekulyar filogenetika və sistematika, bioinformatika üzrə elmi tədqiqatlar aparılıb. 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az