Tələbələrimiz “Karyera sertifikatı” na layiq görüldülər
Sumqayıt Dövlət Universitetinin və universitetin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup tələbəsi Karyera və Psixologiya Mərkəzində “İSİM layihəsi” çərçivəsində təcrübə proqramını uğurla bitirərək, Mərkəz tərəfindən “Karyera sertifikatı” na layiq görülüblər. Bu münasibətlə iyunun 21-də Sumqayıt Dövlət Universitetində Karyera və Psixologiya Mərkəzinin rəhbəri Samir Vəliyevin, universitetin Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyovanın, fakültə dekanlarının və tələbələrin iştirakı ilə təltifetmə mərasimi keçirildi.
Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova çıxış edərək SDU ilə Karyera və Psixologiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumundan danışdı və ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələr barədə ətraflı məlumat verdi.
Karyera və Psixologiya Mərkəzinin rəhbəri Samir Vəliyev “Karyera sertifikatı” na layiq görülən tələbələri təbrik etdi və bir qrup tələbəyə Mərkəzin təcrübə proqramında iştiraklarına və koordinatorluqlarına görə Arayış və “Karyera sertifikatı” təqdim etdi.
Qeyd edək ki, sertifikata layiq görülən tələbələr arasında universitetin Təbiət elmləri, Filologiya fakültələrinin və SDTK-nın tələbələri üstünlük təşkil edirdilər.