İşəgötürənlərin tədris proqramlarında iştirak etməsi məqsədilə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin Energetika kafedrasının professor- müəllim heyəti və “Azərenerji” ASC-nin Azərbaycan Elmi-tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayevanın və institut əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir. Görüşdə bakalavr səviyyəsində “Energetika mühəndisliyi” ixtisası və magistratura səviyyəsində “Elektroenergetika mühəndisliyi” ixtisası Elektrik təchizatı (sahələr üzrə), Elektroenergetika, Elektrik şəbəkə və sistemləri ixtisaslaşmalarının, eləcə də Elektrik mühəndisliyi ixtisası üzrə Yüksək gərginlik texnikası və fizikası ixtisaslaşmasının Tədris planlarının tərtibində yeni adda və yeni məzmunda fənlərin nəzərə alınması təklif olunmuşdur.