“Gələcək mühəndislər” təlim proqramı çərçivəsində növbəti modul baş tutdu
Sumqayıt Dövlət Universitetinin STP Şirkətlər Qrupu ilə birgə həyata keçirdiyi “Gələcək mühəndislər” təlim proqramının növbəti modulu baş tutdu.
Modulda təlimçi qismində SDU-nun rektoru dosent Rüfət Əzizov çıxış etdi.
Modul iki hissədən ibarət şəkildə təşkil olunmuşdu.
İlk hissədə nəzəri biliklərə diqqət yetirildi. Tələbələrə mühəndislik sahəsindəki son yeniliklər və innovativ həllər, həmçinin xarici şirkətlərin mühəndislik sahəsindəki təcrübələri və qabaqcıl texnologiyalardan istifadə haqqında geniş məlumatlar verildi.
İkinci hissə praktiki tapşırıqlara həsr olunmuşdu. Tələbələr komandalar şəklində bölündü və onlara verilən tapşırıqları ən qısa müddətdə icra etməyə çalışdılar. Praktiki hissə tələbələrin real iş mühitində necə işlədiklərini, komanda işini və problemlərin həllinə yanaşmalarını nümayiş etdirdi.
Təlimin sonunda iştirakçıların sualları əsasında birgə müzakirələr aparıldı.
Qeyd edək ki, təlim proqramı mühəndislik sahəsində gələcək kadrların bilik və bacarıqlarını artırmaq, eləcə də onları peşəkar mühitə hazırlamaq məqsədi ilə keçirilir.