İyulun 4-də Sumqayıt Dövlət Universitetinin STP Şirkətlər Qrupu ilə birgə həyata keçirdiyi “Gələcək mühəndislər” təlim proqramının iki hissədən ibarət növbəti modulu keçirildi.
Təlimçi qismində SDU-nun Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova təlim proqramının mühəndislik sahəsi üzrə gələcək kadrların fəaliyyətinə başlaması üçün praktik bilik verməsi ilə yanaşı, həmçinin təlimçinin öz təcrübi və nəzəri biliklərini bölüşməsi baxımından faydalı olduğunu diqqətə çatdıraraq “Hidravlikaya giriş”, “Hidravlik sistemin elementləri”, “Hidravlik sxemlərin öyrənilməsi”, “Hidravlik sistemlərin qurulması” bölmələri üzrə təqdimatla çıxış etdi.
Digər təlimçi “JOCAP ” şirkətinin texniki xidmət və inspeksiya üzrə rəisi Samir Qasımov “Sənayedə tətbiq olunan standartlar və sertifikatlar” mövzusunda çıxış etdi.
Praktiki hissədə isə tələbələr komandalara bölünərək qrup işini yerinə yetirdilər və mövzular üzrə biliklərini nümayiş etdirdilər.
İştirakçıların marağına səbəb olan təlim tələbələrin hazırladıqları maketlərin təqdimatı ilə yekunlaşdı.