5 iyul 2024-cü il tarixində Sumqayıt Dövlət Universitetinin bir qrup əməkdaşı SDU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə növbəti səfərini Quba rayonuna etmişdir. Bu səfərin əsas məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və strateji məsələlərin müzakirəsi olmuşdur.
Səfər çərçivəsində bu il baş tutacaq akkreditasiya prosesi, universitetin qarşısında duran hədəfləri, məzmunun yenilənməsi, işgüzar mühitin təkmilləşdirilməsi və digər aktual mövzular üzrə iclas baş tutdu.
İclas qarşılıqlı müzakirələrlə davam etdi.
Daha sonra universitet əməkdaşları Quba rayonunun təbiət gözəlliklərini seyr etmiş və müxtəlif əyləncəli istirahət tədbirlərində iştirak etmişdir. Belə səfərlərin təşkili komanda ruhunu gücləndirməyə və ümumi işgüzar atmosferi yaxşılaşdırmağa xidmət edir.
Həmçinin əməkdaşların motivasiyasını artırmaq və onların iş fəaliyyətində daha məhsuldar olmalarını təmin etmək baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Universitet rəhbərliyi tərəfindən əməkdaşların asudə vaxtlarını səmərəli keçirmələrini və onların iş fəaliyyətlərində daha məhsuldar olmalarını təmin etmək məqsədilə davamlı şəkildə bu cür səfərlərin və digər motivasiya tədbirlərinin təşkili həyata keçirilir.