Sumqayıt Dövlət Universitetinin Dayanıqlı İnkişaf Mərkəzi davamlı inkişaf prinsiplərinin tətbiqini təşviq etmək məqsədilə “İnsan Kapitalı: Reallıqlar və Problemlər” adlı dəyirmi masa keçirilib. Karyera və Məzunlarla İş Mərkəzinin mütəxəssisi Aynur Yusubova qeyd etdi ki, dəyirmi masada insan kapitalı anlayışı, onun problemləri və inkişaf perspektivləri müzakirə olunacaq.
Əsas məruzəçi, SDU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin dosenti Şəfiqə Məmmədova Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, “2030 Dayanıqlı İnkişaf Məqsədləri” layihəsi həm milli məqsədlər üçün 17 əsas məqsəd və 169 hədəfi əks etdirir.
Daha sonra Şəfiqə Məmmədova DİM-in III və IV istiqamətləri haqqında geniş məlumat verib, konkret olaraq “İnsan kapitalı” mövzusunu müzakirə etdi. O əlavə olaraq bildirdi ki, insan kapitalı anlayışı XX əsrin ortalarında yaranıb və o vaxtdan daha çox iqtisadi kateqoriya kimi istifadə olunur. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda iqtisadiyyatın həlledici sosial və mədəni amili kimi insan kapitalının formalaşmasına və inkişafına mühüm diqqət yetirilir. Ş. Məmmədova bildirdi ki, ölkənin sosial-iqtisadi siyasətində əsas vəzifələrdən biri iqtisadi inkişafın nəticələrinin sosial inkişafa yönəldilməsidir. O, təhsilin insan kapitalının formalaşmasında əsas rol oynadığını bildirdi.
Dəyirmi masada mövzular ətrafında müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallara cavab verildi.