“Gələcək mühəndislər” layihəsi çərçivəsində tələbələrimiz GemZA Holdinqdə oldular
İyulun 25-də Sumqayıt Dövlət Universiteti və STP Şirkətlər Qrupunun birgə həyata keçirdiyi “Gələcək Mühəndislər” layihəsi çərçivəsində tələbələrimiz “GemZA Holdinq”də səfərdə oldular.
Görüş zamanı tələbələr şirkətin fəaliyyət istiqamətləri, texnologiyaları haqqında ətraflı məlumat aldılar. Onlar qabaqcıl istehsal prosesləri, müasir istehsal texnikaları və maşınları ilə tanış oldular, nəzəri biliklərin praktiki şəraitdə necə tətbiq olunduğunu müşahidə etdilər.
Tələbələr “GemZA Holdinq”-in sənaye mütəxəssisləri ilə ünsiyyət qurma imkanı əldə etdilər, suallar ünvanladılar və karyera hədəflərini müzakirə etdilər.
Bu cür təcrübə görüşləri tələbələrin müasir sənaye mühitindəki tələbləri və tətbiq olunan texnologiyaları daha yaxından tanımalarına, eləcə də gələcək karyeraları üçün əhəmiyyətli təcrübə qazanmalarına kömək edir. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılması və praktik səriştlərə yiyələnmələri üçün faydalıdır.