Professor Siram Ramakrişna Sumqayıt Dövlət Universitetində açıq mühazirə ilə çıxış edəcək
Dünyanın ən yaxşı 8 universiteti arasında yer alan Sinqapur Milli Universitetinin Dayanıqlılıq və Nanotexnologiya Mərkəzinin direktoru, dünyanın ən nüfuzlu tədqiqatçıları sırasında adı çəkilən professor Siram Ramakrişna Sumqayıt Dövlət Universitetində “Dayanıqlı inkişafa doğru: XXI əsrdə ali təhsilin və innovasiyaların rolu” adlı açıq mühazirə ilə çıxış edəcək.
Tədbir zamanı universitetlərin həyata keçirə biləcəyi təhsil, tədqiqat və innovasiya strategiyaları, universitetlər və şirkətlər arasında faydalı əməkdaşlığın qurulması, ali təhsil və innovasiya üzrə əlverişli milli siyasət və qaydalar və dünyanın ən yaxşı müvafiq təcrübələri haqqında müzakirələr aparılacaq.
İştirak etmək istəyən şəxslərin aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Seçilmiş iştirakçılara elektron dəvətnamə göndəriləcək.
forms.office.com/r/rBy9aXFzLf
Tarix: 11 sentyabr, 2024-cü il
Məkan: Sumqayıt Dövlət Universiteti
Vacib qeyd: Mühazirədə yalnız elektron dəvətnamə əldə etmiş şəxslər iştirak edə bilər. Tədbir ingilis dilində Azərbaycan dilinə tərcümə ilə həyata keçiriləcək.
Tədbir və mühazirəçi haqqında daha ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Dayanıqlı inkişafa doğru: XXI əsrdə ali təhsilin və innovasiyaların rolu
Dünyanın bütün ölkə və cəmiyyətləri hər zaman yaşam və inkişaf üçün təbiətin resurslarını istifadə və istismar etmişlər. Yaxın onilliklərdəki antropogen təsirlər son 12000 il ilə müqayisədə daha çox özünü büruzə verir. Birləşmiş Millətlər Təşkilatı insan inkişafı və dayanıqlılıq üçün bələdçi olacaq 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) qəbul etmişdir. Dayanıqlılığa nail olmaq üçün çoxsaylı antropogen fəaliyyətlər dekarbonizasiya və dairəvi iqtisadiyyatı əhatə etməlidir.
Dövlətlər, müxtəlif sənaye sahələrində çalışan müəssisə və şirkətlər dekarbonizasiya və dairəvi iqtisadiyyata keçid istiqamətində fəaliyyət göstərəcəklərini vəd ediblər. Bununla belə, onların bu istiqamətdəki öhdəlik səviyyələri və fəaliyyətləri heç də davamlı deyil. Bu isə onların a) müxtəlif özünəməxsus kontekstləri, b) digər prioritetlərinin olması, c) məlumatlılığın və innovasiyalara çıxış imkanlarının çatışmazlığı, d) insan kapitalı problemi və e) yaranan imkanları düzgün qiymətləndirməməkləri ilə əlaqələndirilir.
Mühazirə:
a) Universitetlər hansı təhsil strategiyalarını həyata keçirə bilər?
b) Universitetlər hansı tədqiqat və innovasiya strategiyalarını həyata keçirə bilər?
c) Universitet və şirkətlər qarşılıqlı fayda üçün birlikdə necə fəaliyyət göstərə bilər?
d) Əlverişli milli siyasət və tənzimləmələr hansılardır?
e) Dünyada ən yaxşı təcrübələr hansılardır?
f) Dünya iqtisadiyyatını gələcəkdə nələr gözləyir?
g) İnnovasiyanın gələcəyi necə olacaq?
h) İnsanlığı gələcəkdə nələr gözləyir?
kimi məsələlərin müzakirəsinə yönəlmişdir.
Mühazirəçi haqqında
Siram Ramakrişna dünyanın ən yaxşı 8 universiteti arasında yer alan Sinqapur Milli Universitetinin (SMU) dünya şöhrətli professorudur. O, “Dünyanın ən nüfuzlu alimləri” sırasına daxil edilib və yüksək istinad edilən sahələrarası tədqiqatçıdır. Onun ən yüksək peşəkar nailiyyətlərindən Çin Mühəndislik Akademiyası, Böyük Britaniya Kral Mühəndislik Akademiyası, Hindistan Milli Mühəndislik Akademiyası, ASEAN Mühəndislik və Texnologiya Akademiyası və Sinqapur Mühəndislik Akademiyasının seçilmiş beynəlxalq təqaüdçüsü/tədqiqatçısı və akademiki olmasıdır. Professor Böyük Britaniyanın Kembric Universitetində fəlsəfə doktoru proqramı, ABŞ-nin Harvard Universitetində Ümumi idarəetmə proqramı üzrə təhsil alıb. Professor Siram Ramakrişna ABŞ-nin Massaçusets Texnologiya İnstitutu, Cons Hopkins Universiteti və Yaponiyanın Kyoto Texnologiya İnstitutunda qabaqcıl tədqiqat təcrübələri qazanıb. O, Sinqapur Milli Universitetində Tədqiqat strategiyası üzrə vitse-prezident, Mühəndislik fakültəsinin dekanı, Sahibkarlıq mərkəzinin direktoru, Nanoelm və Nanotexnologiya mərkəzinin direktoru vəzifələrində çalışmış, Qlobal Mühəndislik Dekanları Şurasının əsasını qoymuşdur. Alim sıfır tullantı və dekarbonizasiya istiqamətində dairəvi iqtisadiyyatın tərəfdarlarındandır.