Oktyabr ayının 8-10 da  Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Beynəlxalq əlaqələr sahəsində  universitet idarəçiliyininin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” TEMPUS  layihəsi (UNİVİA) çərçivəsində treninq keçirilib.  Oktyabr ayının 10-na kimi  davam edən treninqdə  Azərbaycan, Ukrayna, QırğızıstanınTəhsil Nazirliyinin, həmçinin Azərbaycan,  Qırğızıstan, Tacikistan, Ukrayna və İspaniya universitetlərinin nümayəndələri iştirak  edib.
Treninqi  giriş sözü ilə  ADIU-nin Beynəlxalq Əlaqələr  və Proqramlar üzrə prorektor Şahin Bayramov açaraq layihə haqqında məlumat verib  və iştirakçılara təlimləridə uğurlar arzulayıb.
Məlum olduğu kimi, 2013-cü ildə TEMPUS proqramının IV mərhələ 6-cı çağırışı çərçivəsində  ADİU ilk dəfə olaraq koordinator qismində “Beynəlxalq əlaqələr sahəsində universitet  idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” layihəsi ilə qalib olmuşdur.  Xarici və yerli tərəfdaşlar arasında Sumqayıt Dövlət Universiteti də vardır.
Təsdiq edilmiş iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində  geniş tərkibdə treninq keçirilib. Treninqin əsas mövzusu tərəfdaş univeristetlərdə  beynəlxalq əlaqələr sahəsində mövcud vəziyyətin icmalı və müzakirəsindən ibarət olub. Üç gün ərzində Avropa İttifaqı universitetlərindən olan İspaniyanın Malaqa  Universitetinin nümayəndəsi Xuan Antonio Martin məruzəçi kimi  yerli,  regional universitetlerlə yanaşı, təhsil nazirliklərinin nümayəndələri ilə təhsil  müəssisələrinin beynəlxalq əlaqələr üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi  məqsədilə yeni strateji planların,  təlimatın  hazırlanması üçün təlim keçmişdir. Qeyd edək AzərbaycanTəhsil Nazirliyinin Elm və  təhsil şöbəsinin əməkdaşı İlham Hümbətov təliminin gedişatının daha da çevik olması  üçün öz təkliflərini vermişdir. Beləki, təlim diskusiya xarakterli, təqdim olunmuş  əyani vasaitlərlə produktiv xarakterdə davam etdirilmişdir.
UNİVİA TEMPUS proqramının əsas hədəfi Avropanın aparıcı tərəfdaş universitetlərinin  beynəlxalq əlaqələr sahəsindəki müsbət təcrübələrinin regional tərəfdaş ölkələrə  gətirilməsi və həmin ölkələrin ali təhsil müəssisələrinin inkişaf etdirilməsidir.
Qeyd  edək ki, təlimlərdə Sumqayıt Dövlət Universitetini “Beynəlxalq Əməkdaşlıq” şöbəsinin  əməkdaşı Məmmədova Samirə təmsil etmişdir.