Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin əməkdaşı beynəlxalq layihədə iştirak edib
Yerləşdirilmə tarixi : 20 Avqust 2024 16:29
SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin əməkdaşı beynəlxalq layihədə iştirak edib

Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla İş Mərkəzinin mütəxəssisi Aynur Yusubova Almaniya Federativ Respublikasında Service Civil International təşkilatının təşəbbüsü ilə Trebnitz Qalasında (Trebnitz Schloss) təşkil edilən “Get in Contact with the Youth” adlı beynəlxalq layihədə iştirak hüququ qazanıb və bu layihədə yer alıb. Qeyd edək ki, Trebnitz Schloss Təhsil və Mübadilə Mərkəzi əsasən Polşa və Şərqi Avropa ilə beynəlxalq mübadilə layihələrinə yönəlmiş siyasi-mədəni profilə malik təhsil müəssisəsidir.
Layihə çərçivəsində Trebnitz Schloss-da təşkil olunan “Gənclərlə təmasda olun” düşərgəsində polşalı və almaniyalı gənclərin iştirak etdiyi yay proqramı təşkil edilib. Proqramda iştirakçılara incəsənət, idman, rəqs, üzgüçülük, oyun və muzey ziyarətləri kimi müxtəlif fəaliyyətlər təqdim olunub. Düşərgənin əvvəlində könüllülər 3 günlük seminarda pedaqoji və mədəniyyətlərarası bacarıqlar üzrə təlim alıb və uşaqlarla işləmək üçün qeyri-formal təhsilin iş üsulları ilə tanış olublar.
Trebnitz Qalasının təcrübəli komandası ilə birlikdə uşaqlar üçün tətil proqramları hazırlanıb və iştirakçılar kiçik komandalarda bu proqramların həyata keçirilməsində iştirak ediblər. Dilin animasiya üsulu da proqramın bir hissəsi olub.
Nəticə olaraq, iştirakçılar tətil dönəmində beynəlxalq qrupda komanda işi təcrübəsi qazanıblar.
 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az