Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə görüş keçirildi
Sentyabrın 4-də Sumqayıt Dövlət Universiteti (SDU) ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları arasında ortaq fəaliyyətlərin icrası ilə bağlı görüş keçirildi.
Görüşdə SDU-nun rektoru Rüfət Əzizov, Beynəlxalq əlaqələr üzrə prorektor Könül Abaslı, Karyera və məzunlarla iş mərkəzinin direktoru Nəsibə Əmirbəyova, Magistratura, doktorantura və elm şöbəsinin müdiri Samir Orucov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən isə Strategiya, Beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə, Elm və innovasiya sektorunun müdiri Əliağa Əzizov və sektorun baş məsləhətçisi Firuz Süleymanov iştirak etdilər.
Görüşdə rektor Rüfət Əzizov universitetin fəaliyyət istiqamətləri, xüsusilə bakalavr və magistratura proqramlarında həyata keçirilən məzmun dəyişiklikləri haqqında ətraflı məlumat verdi. Bu çərçivədə universitetin BP şirkəti və SABAH.HUB İnnovasiya mərkəzi ilə ortaq yeni magistratura proqramlarının açılması istiqamətində görülən işlərdən danışdı.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə Agentliyin fəaliyyət istiqamətləri və həyata keçirdiyi proqramlar haqqında danışdı. Şöbə müdiri həmçinin sektorda mövcud olan kadr çatışmazlığına vurğu edərək müvafiq problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdi. Agentlik nümayəndələri ölkədə su sahəsinə olan marağın artırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin Agentlik üçün aktual məsələ olduğunu vurğuladılar.
Qarşılıqlı müzakirələr əsasında SDU ilə Agentlik arasında mümkün əməkdaşlıq imkanları qiymətləndirildi və növbəti mərhələlər üçün ortaq fəaliyyət planının icrasına dair razılıq əldə olundu.