Sumqayıt Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Zonguldak Bülent Ecevit Universiteti ilə birgə keçirilən mübadilə proqramında iştirak hüququ qazanan tələbələr sentyabrın 5-ində Türkiyə Cümhuriyyətinin Zonguldak şəhərinə yollanıblar.
2024/25-ci tədris ilinin payız semestrində təhsillərini davam etdirmək üçün Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin 3-cü kurs tələbəsi Süleyman Süleymanlı, İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Murad Muradlı və Təbiət elmləri fakültəsinin 2-ci kurs tələbəsi Nübar Rəhimova mübadilə proqramı çərçivəsində Türkiyəyə yola düşüblər.
Səfərdən öncə tələbələri qəbul edən SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Könül Abaslı mübadilənin vacibliyindən, gələcəkdə tələbələrin karyera həyatı üçün olan önəmindən danışıb və tələbələrə uğurlar arzulayıb.