Adam Jagiello-Rusilovski Sumqayıt Dövlət Universitetində master-klas keçib
Sentyabrın 10-da ali təhsil sahəsində gənclər proqramlarında sosial dəyişiklik və innovasiya pedaqogikası mövzusunda təcrübəli sosial innovator Dr. Adam Jagiello-Rusilovski tərəfindən Sumqayıt Dövlət Universitetində “Təhsil proqramlarında tələbələrin təşəbbüsləri ilə yaşıl bacarıqların inkişafı” mövzusunda master-klas keçirilib.
Universitetin rektoru dosent Rüfət Əzizov çıxış edərək qonağı və tədbir iştirakçılarını salamlayıb, mühazirəçinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Rektor, həmçinin günün mövzusunun ölkə və dünya üçün aktual bir məsələyə həsr olunduğunu vurğulayıb.
Dr. Adam Jagiello-Rusilovski master-klas zamanı Azərbaycanda COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsi və müvafiq sahələrdə tədqiqatların aparılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, qeyd edib ki, ali təhsil müəssisələri və onların professor-müəllim və tələbə heyətinin üzvləri ekoloji müsbət təcrübələrin tətbiqi, o cümlədən universitet icması arasında ekomədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində bacarıqlarını inkişaf etdirməli və bu sahəyə öz töhfələrini verməlidirlər. Əlavə olaraq, Dr. Adam Jagiello-Rusilovski bütün yeni təşəbbüslərin, dəyişikliklərin və inkişafın effektiv olması üçün kommunikasiya və əməkdaşlığın vacibliyindən danışıb. Tədbir həmçinin müvafiq etik məsələlər, müasir dövrdə “yaşıl işlər” və yaşıl bacarıqların qiymətləndirilməsi kimi mövzuları əhatə edib.
İştirakçıları maraqlandıran sualları cavablandırdıqdan sonra təlimçi tərəfindən universitetin kampusunda tələbələrin yaşıl bacarıqların inkişafına cəlb edilməsində istifadə olunan müxtəlif təcrübə oyunları keçirilib.