Alimlərimizin uğuru
Tarixin müxtəlif dönəmlərində bəşər mədəniyyətinə qüdrətli simalar, mütəfəkkir alimlər, ictimai xadimlər bəxş edən Azərbaycan bu gün də tanınmış, nüfuzlu alimlər yetişdirir. Onlardan biri də, Sumqayıt Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasınn müdiri, professor Əkbər Ağayevdi. O, bu günlərdə “Şərq-Qərb” Qabaqcıl Tədqiqatlar və Ali Təhsil üçün Assosiasiyanın redaksiya heyətinin üzvü, Analitik və Tətbiqi Kimya Avropa jurnalına redaktor seçilmişdir. Qeyd edək ki, “Şərq-Qərb” Qabaqcıl Tədqiqatlar və Ali Təhsil üçün Assosiasiyanın baş ofisi Vyanada yerləşir və burada elmi araşdırmalar aparır. Eyni zamanda Assosiasiya kitab redaktəsi, nəşri, jurnal nəşri, tərcümə və əlaqədar akademik işlərlə də məşgul olur, redaktorun üzvlük müddəti beş ildir və müvafiq olaraq yenidən təyin edilə bilər.
Bu münasibətlə universitetimizin çox saylı professor-müəllim və tələbə heyəti professor Əkbər Ağayevi təbrik edir və işlərində uğurlar arzulayır.