Sumqayıt Dövlət Universitetində SDU-nun İşə Qəbul Komissiyası tərəfindən 2024-2025-ci tədris ili üçün professor-müəllim heyətinin işə qəbulu prosesi uğurla başa çatdı.
Universitetimiz, bu il də yüksək səviyyəli mütəxəssisləri akademik heyətinin tərkibinə daxil etməyi, tədris və elmi-tədqiqat işlərində yeni nailiyyətlər əldə etməyi qarşısına məqsəd qoymuşdur.
İşə qəbul prosesi çərçivəsində universitetimiz, beynəlxalq standartlara uyğun, açıq və şəffaf seçim prosedurları tətbiq edərək, keyfiyyətli təhsilin təmin edilməsi üçün ən yaxşı namizədləri seçmişdir. Müsabiqə prosesinə yerli və xarici mütəxəssislər böyük maraq göstərmişdir. Hər bir namizədin elmi və pedaqoji təcrübəsi, ixtisas üzrə bacarıqları və tədrisə yanaşma metodları diqqətlə nəzərdən keçirilmişdir.
Bütün bunlar universitetin təhsil keyfiyyətinin daha da yüksəldilməsinə, tələbələrin inkişafına və cəmiyyətin ehtiyaclarına uyğun kadrların yetişdirilməsinə böyük töhfə verəcəyinə inanırıq.