"Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forum keçirilib
11–12 sentyabr tarixlərində “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyi, Sumqayıt Dövlət Universiteti (SDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forum həyata keçirilib.
Forumun əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının 13-cü Dayanıqlı İnkişaf Məqsədi olan iqlim dəyişikliyinə qarşı mübarizənin dəstəklənməsində ali təhsil müəssisələrinin töhfəsinin artırılması, iqlim böhranının həlli üçün ali təhsil müəssisələri və digər maraqlı tərəflərin əməkdaşlığının təşviq olunması, habelə müvafiq sahələr üzrə elmi tədqiqatların aparılmasının mühüm rolu kimi mövzuların müzakirəsi olub.
Elm və təhsil naziri Emin Əmrullayev açılış nitqində ali təhsil müəssisələrimizin COP29-a hazırlıq ərəfəsində beynəlxalq foruma ev sahibliyi etməsinin əhəmiyyəti və universitetlərin rəqabət qabiliyyətliliyinin artırılması haqqında danışıb. Forumun açılış mərasimində, həmçinin Azərbaycan Respublikası Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, ADNSU-nun rektor əvəzi, Vazeh Əskərov, SDU-nun rektoru, Rüfət Əzizov və “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin baş direktoru Fil Bati çıxış ediblər.
SDU-nun rektoru Rüfət Əzizov “Cari iqlim fəaliyyəti gündəliyi nə üçün uğursuzdur?” mövzusunda keçirilən paneldə moderator qismində iştirak edib. Müzakirələr zamanı ali təhsil müəssisələrinin iqlim fəaliyyəti gündəliyinə nail olunması prosesində rolu haqqında məzmunlu fikir mübadiləsi aparılıb.
Forumda, həmçinin bp Azərbaycan-nın Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, British Council-ın Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva, BMT-nin Qlobal Müqavilə üzrə Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Məmmədov, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Kembric Universitetinin iqlim təhsili üzrə direktoru Kristin Özden, Sinqapur Milli Universitetinin professoru Siram Ramakrişna və digər rəsmi qonaqlar, universitet rəhbərləri, siyasətçilər, dövlət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri iştirak edib, panellərdə ətraflı müzakirələr aparıb.