11-13 sentyabr tarixlərində SDU-nun İnsan Kapitalının İdarə Edilməsi Mərkəzinin direktoru Günay Rəfiyevanın təşkilatçılığı ilə universitetdə işə yeni qəbul olunan Gənc müəllimlərə dəstək proqramı çərçivəsində təlimlər keçirildi.
Təlimlərin keçirilməsində məqsəd ali təhsil müəssisəsində müəllimlərin peşəkar inkişafına dəstək vermək və tədrisdə keyfiyyətin daha da yüksəlməsinə nail olmaqdır.
Təlim zamanı mentorlar (Tədris Metodiki Mərkəzin direktoru dosent Osman Hacıyev, Karyera və Məzunlarla İş Mərkəzinin direktoru Nəsibə Əmirbəyova, Keyfiyyət təminatı və strategiya şöbəsinin rəhbəri Gülnar Cəfərova, Dil və ədəbiyyat kafedrasının dosenti Törə Məmmədova və baş müəllim Aynurə Bağırova) tərəfindən SDU-da tədrisin təşkili, qiymətləndirmə, tələblər, perspektivlər, Keyfiyyət mədəniyyətinin formalaşmasında müəllimlərin rolu, Ali təhsildə müasir təlim metodlarından istifadə, nümunəvi formalar əsasında tələb olunan sənədlərin hazırlanma qaydaları, müəllimlərin elmi fəaliyyəti mövzularında müzakirələr aparıldı.
İki günlük təlimlərdə 30 nəfər iştirak etdi.