Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU əməkdaşları Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumunda iştirak ediblər
Yerləşdirilmə tarixi : 20 Sentyabr 2024 21:24
SDU əməkdaşları Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumunda iştirak ediblər
 Sentyabrın 19-da Bakı Ali Neft məktəbində Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası və Bakı Ali Neft məktəbinin birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat şəraitində hesabatlıq və şəffaflıq” mövzusunda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 8-ci Avrasiya Forumu keçirilib.
Forumun açılışında Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edərək Forumun işinə uğurlar arzu ediblər.
Forumda Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və müxtəlif maliyyə-mühasibat təşkilatlarının, eləcə də Avropa və Asiyanın bir sıra ölkələrini təmsil edən nümayəndələr məruzə ilə çıxış ediblər.
Qeyd edək ki, Forumda Sumqayıt Dövlət Universitetinin əməkdaşları Nəsibə Əmirbəyova, Loğman Abdullayev, Dilarə Əmiraslanova, Gülşən Hüseynzadə, Səmirə Seyidova və Türkan Seyfullayeva iştirak edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.
Forumun sonunda APFM və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az