Sentyabrın 21-də Sumqayıt Dövlət Universitetində (SDU) “Singapore and Asian Schools Math Olympiad” (SASMO) Olimpiadasının mükafatlandırma mərasimi keçirildi. Tədbir Dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Açılış nitqi ilə çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dos. Elmar Xəlilov qonaqları salamlayaraq, olimpiadanın şagirdlərin riyaziyyat sahəsindəki bilik və bacarıqlarını artırmaqda oynadığı roldan danışdı. O, həmçinin SASMO-nun 2006-cı ildən etibarən Sinqapurun SIMCC şirkəti tərəfindən təşkil olunduğunu və bu olimpiadanın Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən biri kimi tanındığını qeyd etdi.
Mərasimdə SASMO Azərbaycan şirkətinin icraçı direktoru Nurlan Hacıyev, məktəb direktorları, müəllimlər, valideynlər və məktəblilər də iştirak edirdilər. Olimpiadanın əhəmiyyəti və uğurları barədə çıxışlar edildikdən sonra mükafatlandırma mərasimi keçirildi. Yer tutan şagirdlər medal və sertifikatlarla təltif olundu. Tədbirin sonunda iştirakçılar üçün xatirə şəkilləri çəkildi və SASMO ilə gələcək əməkdaşlıq imkanları müzakirə olundu.