Gənclər və İdman Nazirliyi tərəfindən 20-22 sentyabr tarixlərində Neftçala Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr edilmiş “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi keçirilib.
Sumqayıt Dövlət Universitetinin tələbələrinin iştirakı ilə baş tutan düşərgə hərbi simulyativ formatda təşkil olunub.
Düşərgənin məqsədi, gənclərin vətənpərvərlik hissini daha da artırmaq, gəncləri sağlam həyat tərzinə təşviq etmək, ilkin hərbi biliklərini inkişaf etdirmək, Şanlı Zəfər tarixini gənclər arasında təbliğ etməkdir.
Düşərgə çərçivəsində iştirakçılar üçün maraqlı hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual yarışlar, həmçinin ocaq ətrafında ədəbi-bədii gecələr təşkil edilib.
Tədbir gənclərin liderlik bacarıqlarını, komandada işləmə qabiliyyətini və məsuliyyət hissini inkişaf etdirmək üçün mükəmməl imkanlar yaratmışdır. Eyni zamanda, iştirakçılar arasında dostluq və birlik ruhunu gücləndirərək, milli dəyərlərə bağlılıqlarını artırmışdır.