Sumqayıt Dövlət Universitetinin bir qrup tələbəsi DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak ediblər.
Layihə çərçivəsində keçirilən motivasiya və sosiallaşma xarakterli şəbəkələşmə görüşlərində iştirakçılar üçün müxtəlif interaktiv və intellektual oyunlar təşkil olunub
Məqsəd gənclərin sosial-emosional, rəqəmsal və iş həyatına keçidi üçün zəruri bacarıqlarının inkişafı, uğurlu şəxslərin təcrübə və iş imkanlarından yararlanması və məşğulluq imkanlarının artırılmasıdır. Layihənin daha bir məqsədi dövlət və özəl müəssisələrlə əməkdaşlıq əlaqələrinin qurulması və əlilliklə bağlı mənfi davranış və strereotiplərin dəyişdirilməsidir.