SDU-da “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” Proqramı davam edir
Sumqayıt Dövlət Universitetində SABAH.Academy-nin təşkilatçılığı ilə həyata keçirilən “Əsaslı Dizayn metodu ilə Sahibkarlıq və Yeni Biznesin İnkişafı” adlı Proqramı çərçivəsində "Viveka" strateji innovasiya məsləhətçiliyi şirkətinin strategiya, innovasiya və sahibkarlıq üzrə mütəxəssisi Sena Pamuk "Komandanın yaradılması və müştəri kəşfi" mövzusunda SDU tələbələri ilə görüşüb və mövzu ətrafında geniş müzakirələr aparılıb. Modulda tələbələr bazar araşdırması, sorğular, sosial media analizi, müştəri şəxsi səhifəsinin yaradılması haqqında praktiki biliklər əldə ediblər.