4 oktyabr tarixində Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimləri professor Şəfa Əliyev, dosent Səadət Hümbətəliyeva və baş müəllim Vəfa Cəfərova, İqtisadiyyat Nazirliyi, İqtisadiyyat Nazirliyinin Elmi Tədqiqat İnstitutu (ESRI), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Türkiyənin “İKSAD” İnstitutunun təşkilatçılığı ilə keçirilən “Yeni nəsil iqtisadiyyat: çağırışlar və perspektivlər” mövzusunda 3-cü İƏT Beyin Mərkəzləri Forumunda iştirak ediblər.Forum müasir iqtisadiyyatda yeni yanaşmaların formalaşdırılması ilə bağlı mühüm müzakirələrə ev sahibliyi edib. Tədbirdə iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi yolları, rəqəmsal texnologiyaların iqtisadi təsirləri, yeni nəsil iqtisadçıların qarşısında duran problemlər və iqtisadi qərarvermədə ətraf mühitlə bağlı çətinliklər müzakirə olunub. Universitetin nümayəndələri bu mövzular ətrafında çıxışlar edərək konfransın əsas mövzusuna töhfə veriblər. Forum çərçivəsində müəllimlərin məqalələri çap olunub.