Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | AZTAF proqramı çərçivəsində ilk seminar Sumqayıt Dövlət Universitetində baş tutub
Yerləşdirilmə tarixi : 09 Oktyabr 2024 19:04
AZTAF proqramı çərçivəsində ilk seminar Sumqayıt Dövlət Universitetində baş tutub
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən həyata keçirilən Azərbaycan üçün Çevik Texniki Yardım Proqramı (AZTAF) çərçivəsində Azərbaycanda texniki təhsil və karyerada gender balansının təşviqi məqsədilə seminarlar silsiləsinə başlanılıb. İlk seminar Sumqayıt Dövlət Universitetində keçirilib.Seminar texniki sahələrdə qadınların iştirakını artırmaq və əmək bazarında gender bərabərsizliyini azaltmaq yolu ilə Azərbaycanın iqtisadi inkişafına t öhfə vermək məqsədi daşıyır. Tədbirdə universitetin professor-müəllim heyəti, karyera məsləhətçiləri və rəhbərliyi iştirak edib.Seminarın əsas mövzularını texniki təhsil və əmək bazarında mövcud gender bərabərsizliyi, qadınların  məşğulluğuna dair qanunvericilikdə son dəyişikliklər, Azərbaycanda “Qadınların Məşğulluğu Qarşısındakı Maneələrin Aradan Qaldırılması" üzrə Dünya Bankı hesabatının əsas nəticələri və texniki sahələrdə qadınların dəstəklənməsində təhsil müəssisələrinin rolu təşkil edib. Seminar zamanı həmçinin Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının birgə hazırladığı "Əməyin Təhlükəsizliyi, Sağlamlığı, Zorakılıq və Qısnama" adlı, Azərbaycan və ingilis dillərində tərtib edilmiş onlayn təlim kursu təqdim edilib. Bu kursla https://wbg.edcast.com/insights/17877974 linki vasitəsilə tanış olmaq və keçmək mümkündür.Kursu müvəffəqiyyətlə bitirənlər Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının sertifikatlarını alacaqlar.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az