Müəllim və tələbələrimiz “Rəqəmsal müəllimliyin sirləri” təlimində iştirak ediblər
Oktyabrın 7-də Sumqayıt Dövlət Universitetinin bir qrup müəllim və tələbəsi Sumqayıt Tədris Mərkəzi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkil etdiyi “Rəqəmsal müəllimliyin sirləri” adlı innovativ təlimdə iştirak edib. Təlimin həyata keçirilməsində məqsəd gənc müəllimlərin müasir standartlara uyğunlaşması, rəqəmsal bacarıqların artırılması və keçirilən təlim proseslərində effektivliyin təmin olunması idi. Təlim müddətində iştirakçılara rəqəmsal bacarıqların əhəmiyyəti, süni intellekt alətlərinin təhsilə inteqrasiyası və müasir təlim proqramlarının tətbiqi barədə geniş məlumat verilib. Müəllimlər daha effektiv tədris mühiti yaratma imkanlarını müzakirə edərək, rəqəmsal alətlərdən necə istifadə edə biləcəkləri barədə fikir mübadiləsi aparıblar.Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.