SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsi ilə akademik və inzibati heyət arasında görüş keçirilib
16.10.2024-cü il tarixində SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsinin təşkilatçılığı ilə “Keyfiyyət mədəniyyətinin formalaşdırılması və bu prosesdə akademik və inzibati heyətin rolu” mövzusunda görüş keçirilib. Akademik və inzibati heyətin iştirak etdiyi bu görüşdə Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova rəhbərlik etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə məlumat verərək universitetdə daxili keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin iştirakının əhəmiyyətini vurğuladı. Görüşdə həmçinin şöbə müdiri tərəfindən universitetdə həyata keçirilmiş sorğular, onların təşkili prosesi, nəticələri və s. barədə məlumatlar təqdim olundu. Sonda isə, iştirakçıların sual və təklifləri dinlənildi, müxtəlif məzmunlu müzakirələr aparıldı.