17 oktyabr 2024-cü il tarixində Keyfiyyət təminatı və strategiya şöbəsi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyəti arasında görüş keçirilib. “Keyfiyyət mədəniyyətinin formalaşdırılması və bu prosesdə akademik və inzibati heyətin rolu” mövzusunda keçirilən bu görüşdə əvvəlcə Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova iştirakçılara rəhbərlik etdiyi şöbənin ümumi fəaliyyəti barədə məlumat verdi. Şöbə müdiri universitetin daxili keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin mühüm rol oynadığını qeyd etməklə yanaşı həmçinin, sorğularda obyektiv iştirakın əhəmiyyətini vurğuladı. Görüşdə təhsilverənlərin və təhsilalanların iştirakı ilə həyata keçirilmiş müxtəlif sorğu nəticələrinin müzakirəsinə yer verildi. Bundan əlavə, akademik və inzibati heyətin qarşılaşdığı problemlər dinlənildi və həll yolları qarşılıqlı müzakirə edildi.